Məhkum aclıq aksiyasına qərar verdi

Məhkum aclıq aksiyasına qərar verdi Hazırda Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum Şəfiyev Tural Rasim oğlu aclıq aksiyasına başlayıb.

Asiya.az xəbər verir ki, buna Tural Şəfiyevə qarşı olan təzyiq, işgəncələr və qeyri-insani rəftar səbəb olub. 7GUN.az-a daxil olan mılumatda bildirilir ki, Tural Şəfiyevin barəsində olan cinayət işi ilə bağlı qərəzli və qeyri-obyektiv məhkəmə araşdırması barədə aidiyyati instansiyalara yazdığı şikayətlərin göndərilməsinə 2 saylı İstintaq Təcridxanasının rəisi Asif Quliyev və onun müavini İsmayıl Əliyev imkan vermir. Buna görə də ona qarşı təziyqlər və işgəncələr tətbiq edilir. Bu hal bir daha sübut edir ki, xüsusilə Gəncə Ağır Cinayətlər Məhkəməsi və Gəncə Apelliyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin və ya məhkumların şikayət ərizələrinin qarşısının alınması üçün 2 saylı İstintaq Təcridxanasının rəhbərliyinə göstəriş verirlər. Məhz bunun nəticəsidir ki, 2 saylı İstintaq Təcridxanasında təqsirləndirilən şəxslərin və ya məhkumların hüquq və azadlıqları davamlı olaraq pozulur.

Qeyd edək ki, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun qohumu Asif Quliyev bir neçə gün öncə Ədliyyə Naziri Fikrət Məmmədovun sərəncamı ilə 2 saylı İstintaq Təcridxanasına rəis təyin edilib.

Mövzunu davam etdirəcəyik.

Oxşar xəbərlər