İsveçrə Konfederasiyası Kantonlar Şurasının Prezidenti Holcim Azərbaycan sement zavodunu ziyarət etdi - FOTOLAR

İsveçrə Konfederasiyası Kantonlar Şurasının Prezidenti Holcim Azərbaycan sement zavodunu ziyarət etdi - FOTOLAR 11 oktyabr 2019-cu il tarixində İsveçrə Konfederasiyası Kantonlar Şurasının Prezidenti Jan-Rene Furniye Azərbaycana rəsmi səfəri çərçivəsində Holcim Azərbaycan şirkətinin Qaradağ Sement zavodunu ziyarət etmişdir.

Rəsmi səfəri çərçivəsində Cənab Furniye Azərbaycanda fəaliyyət göstərən İsveçrə şirkələrinin nümayəndələri ilə görüşmək istədi. Azərbaycanın iqtisadi inkişafında və infrastruktur layihələrində Holcim kimi İsveçrə şirkətləri fəal iştirak edir. Bu şəkildə onlar Azərbaycan və İsveçrə arasında dinamik və yüksək səviyyəli iqtisadi əlaqələrə töhfə verirlər.

Asiya.az xəbər verir ki, səfərin məqsədi Holcim Azərbaycan şirkətinin indiki vəziyyəti ilə tanış olmaq idi. Cənab Furniye və onun başçılıq etdiyi namayəndə heyətinə Holcim Azərbaycan ASC-nin Baş Direktoru Frederic Guimbal tərəfindən son ilin nailiyyəti ilə bağlı məlumatı çatdırıldı.

Cənab Guimbal bildirildi ki, Holcim Azərbaycan klinker, qalaq və kisə sementi istehsalında innovativ həllər tətbiq edən qabaqcıl müəssələrdən biridir. Qlobal təcrübəyə və keyfiyyətə malik olan Holcim Azərbaycanın istehsal etdiyi sement ilə ölkədə bir sıra müasir tikililər ərsəyə gəlmişdir. Buna Heydər Əliyev adına Beynəlxalq Hava limanı, Ələtdə yerləşən Bakı limanı, Koroğlu qovşağı, SOCAR-ın, SOFAZ-ın və AZƏRSU-nun inzibati binaları, Yeni Bulvar, Bakı Metropoliteninin yeni stansiyaları, Bakı Gəmiqayırma zavodu-nu misal olaraq göstərmək olar. Zavod istər fərdi ustalar uçün, istərsə də strateji və innovativ layihələr üçün müxtəlif markalı sementlər istehsal etməyə qadirdir.

Qonaqlara sement istehsalından əlavə tullantıların idarə olunmasında da qlobal ekspert kimi çıxış edən Holcim şirkətinin təkər və neft tullantılarının utilizasiyası ilə bağlı şirkətdə olan imkanlar haqqında məlumat verildi. Bu sahədə olan həll yolları və atılmış ilkin addımlar və əldə olunana nəticələr barədə müzakirələr aparıldı. Təqdimatdan sonra qonaqlar sahədə aparılan işlərlə yaxından tanış olmaq üçün zavod ərazisinə gəzintiyə çıxdılar. Onlar tullantıların idarə olunması prosesi ilə bağlı yaradılan texnoloji proseslərlə yaxından tanış oldular. Qonaqlar görüşün təşkil olunmasında və ətraflı məlumatlara görə cənab Guimbala və Holcim əməkdaşarına təşəkkürlərini bildirdilər.

Tullantı emissiyaları müasir iqtisadi inkişafın ayrılmaz tərkib hissəsinə çevrilib. Onun təkrar emalı bir çox müəssisələr üçün zəhmət və yüksək sərmaye tələb edən bir prosesdir. Bu prosesə yanlış yanaşma və ya aşağı səmərəlilik, müəssisələri ciddi ekoloji və nüfuz risklərinə məruz qoya bilər. Bu baxımdan, ənənəvi yanacaq növlərinin bir hissəsinin alternativlərlə əvəzlənməsi ekoloji məsələlərin rasional həlli kimi çıxış edir və iqtisadi baxımdan yerli şəraitdə tullantıların emalının mümkün üsulunu təklif edir. Azərbaycannın tikinti sənayesi Holcim Azərbaycan şirkəti bu sahədə ilk addım artmışdır. Məhz bu imkan və texnologiyalar şirkət tərəfindən dünyaca məşhur "Geocycle" brendi altında fəaliyyət göstərir.

Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

Oxşar xəbərlər