Azərbaycanda qadın keçmiş əri və doğma bacısı tərəfindən döyüldü

Azərbaycanda qadın keçmiş əri və doğma bacısı tərəfindən döyüldü Şəmkirdə qadın bacısı və boşandığı əri tərəfindən döyülüb.

Asiya.az-ın Qafqazinfo"ya istinadən verdiyi xəbərinə görə, rayonun Alabaşlı kənd sakini 1966-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir. Məlumata görə, qadın eyni evdə yaşadığı boşanan əri və o evə gələn öz doğma bacısı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər