Cıdır mövsümünün bağlanışı – Yorğa atların sınaq qaçışı

Cıdır mövsümünün bağlanışı – Yorğa atların sınaq qaçışı 3 noyabr 2019-cu il tarixində Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə mövsümün son cıdır yarışı keçiriləcək.

“Embawood” şirkətinin sponsorluğu ilə 4 May 2019-cu il tarixdə start verilən mövsümün bağlanış tədbiri ümumilikdə 6 cıdır və 5 yorğa qaçışının keçirilməsi ilə baş tutacaqdır. Yarış günü cıdır üzrə 40-dan artıq, yorğa atların qaçışı üzrə isə 50-ə yaxın atın iştirakı gözlənilir.

Asiya.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyası ölkəmizdə atçılığın əhatə dairəsinin genişləndirilməsi və qədim atçılıq ənənəsinin davam etdirilməsi üçün davamlı olaraq bü növ yarışlar təşkil edir. Federasiya paytaxt və digər regionların atçılıq idmanına olan marağını nəzərə alaraq bu cür tədbirlərdə və yarışlarda atçılıqla məşğul olan şəxslərə xüsusi şərait yaradır.

Buna görə də ilk dəfə olaraq Federasiyanın təşəbbüsü ilə Azərbaycanın bütün regionlarından yorğa at sahibləri dəvət olunmuş və onlara öz yorğa atları ilə yarışlarda iştirak etmək üçün imkan yaradılmışdır.

Yarışlara marağın artırılması və idmançıların həvəsləndirilməsi məqsədilə cıdır yarışlarının mükafat fondu kimi qaliblərə ümumilikdə 24 500 AZN mükafat verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda yorğa yarışlarının qaliblərinə isə medallar və diplomlar veriləcəkdir.

Yarış saat 11:00-dan etibarən keçiriləcəkdir. Tamaşaçılar üçün giriş pulsuzdur


Oxşar xəbərlər