Lerikdə Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon yürüşü və tədbiri keçirildi - FOTOLAR

Lerikdə Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon yürüşü və tədbiri keçirildi - FOTOLAR Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə noyabrın 8-də Lerik Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lerik şəhərinin mərkəzindəki Dövlət Bayrağı meydanına ümumrayon yürüşü keçirildi.

Asiya.az xəbər verir ki, yürüşdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

2500 nəfərədək iştirakçının qatıldığı yürüş rayonun giriş ərazisindən başlayaraq şəhər sakinlərinin alqışları ilə Bayraq Meydanında başa çatdı.
Sonra iştirakçılar Bayraq Meydanında təşkil edilmiş bayram tədbirində iştirak etdilər. Tədbiri girişi sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov Dövlət Bayrağımızın yaranma tarixi barədə iştirakçılara ətraflı məlumat verdi.

Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən biri Dövlət Bayrağıdır. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.

1990-cı il noyabrın 17-də üçrəngli bayrağımızın ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiqlənmiş, 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın Dövlət Bayrağı elan edilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu, məhz bu sərəncama uyğun olaraq hər il 9 noyabrın ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənə ilə keçirildiyini qeyd etdi. Bütün dünya azərbaycanlıları bu müqəddəs bayraq, azərbaycançılıq məfkurəsi ətrafında birləşirlər. Azərbaycanın bu gün tam müstəqil siyasət yürüdüyünü, xalqımızın bu siyasətin real nəticələrinin canlı şahidi olduğunu qeyd edən natiq Dövlət Bayrağımızın yaxın zamanda Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızda dalğalanacağına əminliyini ifadə etdi.

Sonda tədbir rayon mədəniyyət mərkəzinin əməkdaşlarının ifasında müstəqilliyimizə, bayrağımıza həsr olunmuş bir-birindən rəngarəng musiqi nömrələri ilə davam etdirildi.


Lerikdə Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon yürüşü və tədbiri keçirildi - FOTOLAR
Lerikdə Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon yürüşü və tədbiri keçirildi - FOTOLAR
Lerikdə Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon yürüşü və tədbiri keçirildi - FOTOLAR
Lerikdə Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon yürüşü və tədbiri keçirildi - FOTOLAR

Oxşar xəbərlər