Qənirə Paşayeva büdcə müzakirələri zamanı Qarabağ müharibəsi əlilləri və əhalinin sağlamlığı ilə bağlı təkliflər etdi

Qənirə Paşayeva büdcə müzakirələri zamanı Qarabağ müharibəsi əlilləri və əhalinin sağlamlığı ilə bağlı təkliflər etdi Millət vəkili Qənirə Paşayeva MM-in komitələrində büdcə müzakirələri zamanı Qarabağ müharibəsi əlilləri və əhalinin sağlamlığı ilə bağlı bir sıra önəmli təkliflərlə çıxış edib.

Asiya.az xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Milli Məclis komitələrində 2020-ci ilin büdcə müzakirəsinin 2-ci oxunuş müzakirələrində çıxış edərək Qarabağ Qaziləri İB-nin millət vəkilərinə, hökümət qurumlarına müraciətini səsləndirib, müvafiq qurumları bu müraciətə həssaslıq və diqqətlə yanaşmağa çağırıb.

Ötən ildən ölkə Prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən şəhid ailələrinə 11 min manat "qanpulu" - birdəfəlik ödəmələr verilməyə başladığı barədə danışan Q.Paşayeva 1997-ci ilə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib əlil olmuş Qarabağ əlillərinin - hərbi qulluqçuların da şəxsi icbari sığortasının ödənilməsi ilə bağlı Qarabağ Qaziləri İB-nin təkliflərini səsləndirib.Q.Paşayeva Qarabağ Qaziləri İB-nin və bütün Qarabağ müharibəsi əlillərinin cənab prezidentimizin şəhid ailələrimizə, Qarabağ müharibəsi əlil və qazilərinə diqqət və həssaslığını, onların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində atılan önəmli addımları yüksək qiymətləndirdiklərini deyərək Qarabağ müharibəsi əlillərinin yaxın zamanlarda bu məsələyə dövlət qurumlarımızın həssaslıqla yanaşacağına inandıqlarını deyib və müvafiq qurumları bu məsələye yaxın günlerde baxmağa çağırıb. Millət vəkili Q.Paşayeva Qarabağ qaziləri İB-nin hökümətə və millət vəkillərinə bu məsələ ilə bağlı müraciətinə yaxın zamanlarda baxılması və öz həllini tapması üçün dövlət qurumlarına çağırış edib.

Millət vəkili deyib ki, antibiotiklərin həkim resepti olmadan satılması ciddi problemdir və bunun ağır fəsadlarını ciddi nəzərə alaraq antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan edilməsinə təcili olaraq böyük ehtiyac var. Avropada və inkişaf etmiş ölkələrdə antibiotiklər həkim resepti olmadan satılmır deyən millət vəkili Q.Paşayeva antibiotiklərdən nəzarətsiz və bilincsiz istifadənin doğurduğu ağır fəsadlar, xəstəliklər barədə və bu istiqamətdə əhalinin geniş maarifləndirilməsinin önəmindən də danışıb. Həkim resepti olmadan antibiotiklərin satıışı qadağan edilməlidir deyən millət vəkili müvafiq qurumları bu məsələ ilə bağlı ciddi tədbirlər görməyə, eyni zamanda əhalinin bu mmövzuda geniş maarifləndirilməsinin aparılması istiqamətində də işlər görməyə çağırıb.

Millət vəkili Q.Paşayeva Beynəlxalq Səhiyyə Təşkilatının heyvandarlıq və quşçuluq sahəsində çəki artımına da xidmət edən yem antibiotiklərinin nəzarətsiz şəkildə istifadə edilməsinin doğurduğu fəsadlar barədə ciddi xəbərdarlıq etdiyini deyib və bildirib ki, bunun qarşısının alınmadığı təqdirdə bu problemin insanlarda doğurduğu xəstəliklərdən əziyyət çəkənlərin sayının yaxın illərdə hətta xərçəng xəstəliyindən əziyyət çəkənləri belə üstələyəcəyi proqnazlaşdırılır. Ona görə bu məsələyə də ciddi diqqət ayrılmalıdır deyən millət vəkili Q.Paşayeva cənab prezidentimizin fərmanı ilə ölkəmizdə Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasının çox önəmli hadisə olduğunu vurğulayıb. “Mən yaxın günlərdə bu qurumun fəaliyyəti ilə yaxından tanış oldum və ümid edirəm ki, onların bu sahədə gördüyü tədbirlər daha da artacaq.” deyən millət vəkili bəzi “iş adamlarının” qida təhlükəsizliyinə əhəmiyyət vermədən əhaliyə satdığı və ya xidmət şəklində təklif etdiyi insan orqanizminə zərərli məhsulların tamamilə yığışdırılmasına nail olmağa mümkün olacağına ümid etdiyini də bildirib və bunun çox vacib məsələ olduğunu xüsusi vurğulayıb.
Müxtəlif mövzularda əhalinin geniş maarifləndirilməsi üçün sosial roliklərin çəkilməsinin və televiziya ekranlarında, sosial mediada geniş yayılmasına nail olunmasının önəmindən bəhs edən Q.Paşayeva qardaş Türkiyənin bu məsələdə fəallığının müsbət nəticələrindən danışıb və bir sıra dövlət qurumlarını əhalinin geniş maarifləndirilməsinə xidmət edən bu cür roliklərin hazırlanması və geniş yayılması işində fəal olmağa çağırıb. ”Çox təəssüf ki, əhalinin geniş maarifləndirilməsinə xidmət edən sosial roliklərin sayı çox azdır. Yol təhlükəsizliyi, qida təhlükəsizliyi, ailə daxili şiddət və zorakılıqla mübarizə, tütün məhsullarının mənfi təsirləri, narkomaniyaya qarşı mübarizə, əhalinin sağlamlığına xidmət edən mövzularda sosial roliklərin artmasına, onların televiziya ekranlarında və sosial mediada artmasına ciddi ehtyac var. ” deyən millət vəkili Q.Paşayeva qurumları bu istiqamətdə ciddi addımlar atmağa və televiziyalarla əməkdaşlıq edərək bu istiqamətdə daha fəal olmağa çağırıb.

Ölkəmizdən xaricə müalicə və əməliyyat üçün gedən xəstələrin sayının artdığını deyən Qənirə Paşayeva bu gün qardaş Türkiyədə və Almaniyada çoxlu sayda savadlı gənc azərbaycanlı həkimlərin çalışdığını vurğulayıb, onların ölkəmizə dəvət edilərək imkanlar yaradılmasının vacibliyini xüsusi diqqətə çatdırıb. Millət vəkili Q.Paşayeva həmin mütəxəssislərin insanların xaricdə axtardığı müalicə və əməliyyatları burada da həyata keçirə biləcəyini deyib və bu məsələyə xüsusi diqqət yetirməyə çağırıb. O deyib ki, bizim çox savadlı, təcrübəli həkimlərin artmasına böyük ehtiyacımız var və səhiyyyə sistemimiz bu gənclərin potensialından daha çox yararlanmalıdır.

Millət vəkili Q.Paşayeva gənclər arasında tütün məhsullarına meyilliliyin artmamasına xidmət edən qanunların icrasındakı ciddi problemlərə də toxunub və müvafiq qurumları ciddi addımlar atmağa çağırıb. 18 yaşına çatmayan uşaqlara siqaretin satılması qanunla qadağandır, amma çox təəssüf ki, uşaqlara hər yerdə siqaret satılır. Məktəblərə çox yaxın məsafədə tütün məhsullarının satıldığı obyektlərin olması qaağandır, amma çox təəssüf ki, biz onları bir çox məktəblərə yaxın yerlərdə görürük deyən millət vəkili Q.Paşayeva tütün məhsullarının gizli reklamının artmasının yaratdığı ciddi narahatlıqlar barədə də danışıb və müvafiq qurumları ciddi addımlar atmağa çağırıb. Qapalı məkanlarda, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin qadağan edilməsi, məhdudlaşdırılması haqqında qanunun yerinə yetirilməsində ciddi problemlərin olduğunu vurğulayan millət vəkili Q.Paşayeva qanunla üzərinə məsuliyyət düşən qurumları qanunun həyata keçirilməsində ciddi addımlar atmağa çağırıb.

Asiya.az

Oxşar xəbərlər