Tanınmışların rəqibləri: Müxalifət liderləri kiminlə yarışacaq?

Tanınmışların rəqibləri: Müxalifət liderləri kiminlə yarışacaq?
  • Siyasət / Araşdırma / Manşet

  • YAP-ın namizədlər siyahısında cəmiyyətin yaxşı tanıdığı şəxslərlə yanaşı, xeyli sayda yeni simalar var. Maraqlıdır ki, cəmiyyətə tanış olmayan yeni adlardan bəziləri kifayət qədər tanınmış müstəqil və müxalif namizədlərlə rəqib olacaqlar.

    Məsələn, siyahıdan belə məlum olur ki, ADP sədri Sərdar Cəlaloğlu, Müsavat başqanı Arif Hacılı, Ümid Partiyasının sədri İqbal Ağazadə və "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun dairələrindən YAP-ın irəli sürdüyü namizədlər tamamilə yeni, indiyə qədər hər hansı geniş siyasi fəaliyyəti ilə seçilməyən, ictimaiyyətə tanış olmayan şəxslərdir.

    Belə ki, ADP sədri Sərdar Cəlaloğlu və Müsavat başqanı Arif Hacılının namizədliklərini irəli sürdükləri 15 saylı Yasamal I seçki dairəsindən YAP-ın namizədi Nağıyev Rauf Nəriman oğludur. İnternetdə bu şəxs barəsində axtarış verdikdə, heç bir məlumat çıxmır. Xatırladaq ki, son parlament seçkisində həmin dairəni müstəqil deputat Ülvi Quliyev təmsil edib. O, yenidən bu dairədən namizəddir.

    Tanınmışların rəqibləri: Müxalifət liderləri kiminlə yarışacaq?

    Ümid Partiyasının sədri İqbal Ağazadə və "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun namizədliklərini irəli sürdükləri 35 saylı Xətai 3-cü seçki dairəsindən isə hakim partiya Əliyev Turan Adil oğlunun namizədliyini verib. Bu şəxs barəsində də açıq informasiya mənbələrində hər hansı məlumata rast gəlmək mümkün deyil.

    Onların sırasında Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər də var.

    Tanınmışların rəqibləri: Müxalifət liderləri kiminlə yarışacaq?

    Siyahıdan məlum olur ki, İ.Qəmbərin namizədliyini irəli sürdüyü 19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın namizədi Məmmədov Hikmət Baba oğlu olacaq.

    Tanınmışların rəqibləri: Müxalifət liderləri kiminlə yarışacaq?

    Hikmət Babaoğlu "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, özünü istefaya göndərən beşinci çağırış Milli Məclisin üzvüdür.

    2015-ci ildə keçirilən parlament seçkisində də onun namizədliyi həmin dairədən verilmişdi.

    Ancaq hər halda, yaxın günlərdə cəmiyyət üçün yeni olan və tanınmayan YAP namizədlərinin kimliyi, fəaliyyətilə bağlı məlumatlar üzə çıxacaq.

    "AzPolitika”
    PAYLAŞ:

    Oxşar xəbərlər