Asiya.az xəbər verir ki, bu sözləri Millət vəkili Qənirə Paşayeva öz feyzbuk hesabında paylaşıb. Millət vəkili yazıb ki,
"Mən bu məsələlərdə ilk gündən bir tovuzlu, bir qadın və bu dairəni təmsil etməsəm də, bir millət vekili olaraq əlimdən gələni etməyə çalışdım və çalışıram.
Nerminin qatilləri də, inşallah, mütləq tapılacaq. Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin ciddi nəzarətindədir bu faciə. İlk gündən məsələ ilə ciddi maraqlanıram. Ötən gün də buradaydım. Bu gün də buradayam. Ailənin yanında olmağa çalışmışam hadisə baş verəndən və bu gün də.
Ümumiyyətlə, müxtəlif mövzular ətrafında çoxsaylı müraciətləri nəzərə alaraq bildirmək istəyirəm ki, Tovuz rayonu 3 dairədə təmsil olunur.
1. 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsi.
Tovuz şəhəri tamamilə, Aşağı ve Yuxarı Öysüzlü kəndləri, Aşağı Quşçu, Aşağı, Yuxarı Mülkülü, Qazqulu, Hacallar bu dairənin ərazididir.
Bu dairəni millət vəkili Ülviyyə Ağayeva təmsil edir.
2. 104 saylı Tovuz-Gədəbəy seçki dairəsi.
Nərminin faciəsinin yaşandığı Dondar Quşçu, Alakol, Köhnəqala, Azaflı, Böyükqışlaq və Tovuzun bütün dağ kəndləri bu dairədədir.
Bu dairəni Millət vəkili Rafiq Məmmədhəsənov təmsil edir.
3. 105 saylı Tovuz seçki dairəsi.
Bu dairəyə Qovlar şəhəri və rayının digər kəndləri daxildir. Milli Məclisdə fevralın 9-a kimi bu dairəni mən təmsil edirəm və bu dairədən yenidən namizədliyimi irəli sürmüşəm.
Qənirə PAŞAYEVA,
Millət vəkili