Asiya.az-ın məlumatına görə, hibənamə hicri 975-ci (miladi 1566) ildə İstanbulda (Konstatiniyyə) cəli xətti ilə qara, qızılı və göy rəngli mürəkkəblə əski əlifbada türk dilində yazılıb. Tumar (lülə) şəklində olan hibənamənin ölçüsü 30×180 santimetrdir.
Hibənamənin sonunda vəzirlərdən Muhəmməd bin Əbdülhəyy, Pərtəv bin Əbdülhəyy, Fərhad bin Əbdülhəyy, qazıəskərlərdən Əhməd bin Mustafa (Rumeli), Hüseyn bin Əbdülhəyy (Anadolu) və şahid olaraq Əhməd bin əl-Dəftəri (Rumeli) imza atıblar.