Bakıda 4-cü sinif şagirdi intihara cəhd etdi: Səbəb

Bakıda 4-cü sinif şagirdi intihara cəhd etdi: Səbəb
  • Olay

  • Orta məktəb şagirdi intihara təşəbbüs edib.

    Söhbət Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Laçın rayon 32 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Elnurə Ağayevadan (ad şərtidir-müəll.) gedir.

    Cebhe.info əməkdaşının verdiyi xəbərə görə, hadisə axşam saatlarında baş verib.

    İkinci növbədə oxuyan Elnurənin bu addımı atmasına ailədaxili münaqişənin səbəb olduğu deyilir. Azyaşlının sözlərinə görə, atası ilə anası ayrılıb. Məhkəmənin qərarına əsasən, o, atası ilə, digər bacısı və qardaşı anası ilə birgə yaşayır. Qızın verdiyi məlumata görə, atası hər gün evə içkili vəziyyətdə gəlir və onu təhdid edir. Dərsdən çıxandan sonra evə qayıtmamaq qərarı alan şagird çarəni özünü öldürməkdə görüb. Çantasını məktəbin həyətinə ataraq küçəyə çıxan Elnurə özünü avtomobilin altına atmağa cəhd edib. Hadisə yerində olan valideynlər və məktəb şagirdləri bunu kənardan görərək vəziyyətə müdaxilə ediblər.

    Hadisədən xəbər tutan məktəb direktoru Elnurəni yanına çağırtdıraraq onunla ətraflı söhbət edib. Söhbətdə məktəbin psixoloqu və eləcə də sinif rəhbəri iştirak edib. Azyaşlı təkidlə evə getmək istəmədiyini bildirərək müəllimlərdən kömək istəyib.

    Direktor hadisə barədə ərazi üzrə polis bölməsinə məlumat verib. Polis əməkdaşları hər iki valideyini məktəbə çağırtdırıb. Uzun gözləntidən sonra Elnurənin atası içkili vəziyyətdə, anası isə ağlaya-ağlaya məktəbə gəlib. Polis əməkdaşlarına təzyiq göstərən atanı bölməyə aparıblar. Azyaşlı isə müvəqqəti olaraq anaya verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər