Vasif Talıbovun oğlunun ərəb ölkələrində milyonluq biznesi üzə çıxdı- FOTO

Vasif Talıbovun oğlunun ərəb ölkələrində milyonluq biznesi üzə çıxdı- FOTO
  • Araşdırma, İQTİSADİYYAT, Manşet

  • Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun oğlunun xaricdəki biznesi ilə bağlı jurnalist Cavanşir Həsənli məlumat paylaşıb...

    Jurnalist Vasif Talıbovun oğlu Rza Talıbovun Birləşmiş Ərəb Əmirliklərində milyonluq əmlaka sahib olduğunu yazıb:

    “Birləşmiş Ərəb Əmirlikləri, Ajmanda
    Əl Talıbov qülləsi.

    Rəsmi adı Al Rza Towerdir, Vasif Talıbovun oğlu Rza Talıbovun adını daşıyır. Bina Talıbovlar ailəsinə məxsus Gəmiqaya Holdinq tərəfindən inşa olunub.

    Ünvanı belədir: 60, 1 Street, Ajman Industrial 2, Ajman Office 1201.

    Bina yaşayış təyinatlıdır, 12-ci mərtəbəsində holdinqə daxil olan GƏMİQAYA REAL ESTATE daşınmaz əmlak şirkəti yerləşir. Talıbovların körfəz ölkələrindəki əmlakı bu şirkət vasitəsilə idarə olunur.

    Yeri gəlmişkən, Talıbovların BƏƏ-dəki daha bir şirkəti GEMIKAYA GENERAL TRADING LLC-dir. Şirkətin ofisi Dubai Investment Parkda yerləşir. Şirkət ərəb ölkələrinə “Badamlı” sularının satışını, eyni zamanda Azərbaycanla Körfəz ölkələri arasında digər ticari əməliyyatları reallaşdırır. Ticarət şirkətinin gəliri 1 milyon dollar göstərilir”.(aztoday.az)

    Vasif Talıbovun oğlunun ərəb ölkələrində milyonluq biznesi üzə çıxdı- FOTO
    Vasif Talıbovun oğlunun ərəb ölkələrində milyonluq biznesi üzə çıxdı- FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər