Şeyxin deputat qardaşı rəsmən milyoner çıxdı - MSK-nın bundan xəbəri olubmu?

Şeyxin deputat qardaşı rəsmən milyoner çıxdı - MSK-nın bundan xəbəri olubmu?
  • Araşdırma, İQTİSADİYYAT, Manşet

  • Deputat Cavanşir Həsənlinin Azərbaycanda qeydiyyatda olan və nizamnamə kapitalı 3 milyondan artıq olan şirkəti aşkarlandı...

    Azərbaycanda rəsmi olaraq milyoner olmadığı deyilirdi. Amma varmış və bu milyoner Bütün Qafqazın şeyxi, şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə imiş.

    Asiya.az xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist, bloqqer Cavanşir Həsənli sosial şəbəkədəki hesabında yayıb. Həmin məllumatı olduğu kimi təqdim edirik:

    “AZƏR CƏNUB” MMC Paşazadələrin banan xurma, baharat biznesini həyata keçirən şifkətdir. 2002-ci ilin noyabrında qeydiyyatdan keçib.

    NİZAMNAMƏ KAPİTALI 3 109 370.00 manatdır.

    Təsisçisi və qanuni təmsilçisi Milli Məclisin deputatı CAVANŞİR PAŞAZADƏDİR. Hüquqi ünvanı Astara rayonu, Gənclər küçəsi 1-dir.

    Yadınızdadır, Şeyxin saxtakarlıqla deputat mandatı almış qardaşı nə demişdi?

    Demişdi ki, “mən də istəyərdim ki, biznesim olsun, amma təəssüf ki yoxdur”.

    Şeyx də, qardaşı da qırmızı-qırmızı üzə durmuşdu, dirəşmişdi ki, Çexiya reyestr xidmətindən əldə etdiyim sənədlər saxtadır. Altlnda möhürlərini, imzalarını dandılar.

    Yəni bu qədər həyasızlıq!”

    Maraqlıdır, görəsən seçkilərə qatılırkən Cavanşir Paşazadə bu şirkətini bəyan etmişdimi? MSK-nın bu məsələyə aydınlıq gətirməsi şəffalıq adına ölkəmizə yararlı olardı...

    Şeyxin deputat qardaşı rəsmən milyoner çıxdı - MSK-nın bundan xəbəri olubmu?
    PAYLAŞ:

    Oxşar xəbərlər