Masallıda məktəblilər arasında dava: Ölən var

Masallıda məktəblilər arasında dava: Ölən var
  • Kriminal

  • Masallı rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbin ərazisində məktəblilər arasında dava ölümlə nəticələnib.

    Masallıda məktəblilər arasında yaranan mübahisə ölümlə nəticələnib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbdə qeydə alınıb. Kənan və Həsənağa adlı məktəblilər arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə Kənan gicgah nahiyəsindən aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

    Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Hadisəyə məktəblilər arasında yaranan mübahisənin səbəb olduğu deyilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər