Azərbaycanın yığması Ermənistanı darmadağın etdi – (VİDEO)

Azərbaycanın yığması Ermənistanı darmadağın etdi – (VİDEO)
  • İdman

  • Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir.

    Asiya.az xəbər verir ki, qrup mərhələsində uğursuz çıxış edən Azərbaycan yığması 9-16-cı yerlər uğrunda ilk matçda Ermənistan millisi ilə üz-üzə gəliblər.

    Hikmət Abdullayevin yetirmələri rəqiblərini meydana çıxmağa peşman ediblər. İlk hissəni 14 top irəlidə bitirən Azərbaycan yığması yekunda erməniləri 18 top fərqi ilə məğlub edib – 39:21 (21:7).

    Bu qələbə komandamızın uğursuzluğunu sığortalamaqla yanaşı, “onluğ”a daxil olmaq üçün də şans yaradıb. Təmsilçimiz növbəti matçında İrlandiya ilə oynayacaq. Görüş sabah keçiriləcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər