23 yaşlı oğlanı öldürüb meyitini qamışlığa atıblar- Yenilənib

23 yaşlı oğlanı öldürüb meyitini qamışlığa atıblar- Yenilənib Sumqayıtda qətl törədən şəxs tutulub.

Asiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 27-də Sumqayıt şəhəri ərazisindən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib və o, Şəmkir rayonu ərazisində tutulub.

***

Sumqayıtda qətl törədilib.

Asiya.az xəbər verir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisindəki qamışlıqda üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində onun şəhər sakini, 1994-cü il təvəllüdlü Taleh Azər oğlu Babazadə olduğu müəyyən edilib.

Hazırda polis və prokurorluq əməkdaşları T. Babazadəni öldürən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Oxşar xəbərlər