Dünyanın ən zəngin adamı dəyişdi - YENİ KRAL!

Dünyanın ən zəngin adamı dəyişdi - YENİ KRAL! “Amazon”un yaradıcısı Ceff Bezos “Forbes”un versiyasına əsasən dünyanın ən zəngin adamına çevrilib.

Asiya.az-ın İKT.lent.az-a istinadən verdiyi xəbərə görə, şirkətin bazar dəyərinin yüksəlməsi fonunda o, “Microsoft”un yaradıcısı Bill Geytsi ötüb. “Forbes”un real rejimdəki hesablamasına əsasən hazırda C. Bezosun sərvəti 90,6 milyard dollar, B. Geytsin sərvəti isə 90,1 milyard dollar təşkil edir.

Xatırladaq ki, bu gün NASDAQ birjasında ticarət əməliyyatlarının açılışında “Amazon”un səhmləri 1,8% bahalaşıb.

Mart ayındakı qlobal reytinqdə C. Bezos 72,8 milyard dollarlıq sərvəti ilə 3-cü sırada idi. Onun əsas aktivi “Amazon” online riteylerindəki şəxsi payıdır – 16,7%. Bundan başqa, “Blue Origin” aerokosmik şirkəti də Bezosa məxsusdur. O, nüfuzlu “The Washington Post” qəzetinin sahibidir və 2013-cü ildə qəzeti 250 milyon dollara alıb.

Qeyd edək ki, “Amazon”un bazar dəyəri son aylar ardıcıl yüksəlir. İlin əvvəlindən bəri şirkətin bazar dəyəri 146 milyard dolar artıb. İyulun 26-da “Amazon”un dəyəri yarım trilyon dolları ötüb. Buna qədər ABŞ-da cəmi 3 şirkətin – “Alphabet”, “Apple” və “Microsoft”un bazar dəyəri 500 milyarddan çox idi.

Oxşar xəbərlər