"Qarabağ" Çempionlar Liqasında qələbə qazandı (VİDEO)

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, bu mərhələyə vəsiqə qazanmış ilk Azərbaycan klubu olan "Qarabağ" mübarizəyə evdə başlayıb.

Təmsilçimizin rəqibi Danimarkanın adlı-sanlı "Kopenhagen" klubu olub. Daha bir tarix yazıb Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olmaq istəyən "Qarabağ" doğma meydanda azarkeşləri sevindirib - 1:0. Matçın yeganə qoluna 26-cı dəqiqədə Mahir Mədətov imza atıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 23-də Kopenhagendə keçiriləcək.

Çempionlar Liqası
"Play-off" mərhələsi

İlk oyun


15 avqust

Qarabağ (Azərbaycan) - Kopenhagen (Danimarka) 1:0

Qol: Mahir Mədətov, 26.

Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 8. Miçel, 20. Riçard Almeyda, 11. Mahir Mədətov, 17. Donald Gerrye, 9. Dino Ndlovu.

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 14 Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.

Baş məşqçi: Qurban Qurbanov.

Kopenhagen: 25. Robin Olsen 3. Pyer Benqtsson, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner - 6. Uilyam Kvist, 7. Benjamin Verbiç, 8. Uroş Matiç, 24. Yussef Tutu - 9. Federiko Santander, 11. Andriya Pavloviç.

Ehtiyat oyunçular: 1. Stefan Andersen, 14. Nikolay Tomsen, 15. Mikael Antonsson, 17. Kasper Kusk, 18. Mads Roerslev, 28. Pieros Sotiriou, 32. Danni Amankva.


Baş məşqçi: Stale Solbakken.

Hakimlər: Paolo Taqliavento, Alessandro Qiallatini, Alessandro Kostanza, Filippo Meli (İtaliya).

Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato (İtaliya).

Hakim-inspektor: Frits Stuçlik (Avstriya).

UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.



***

"Qarabağ"ın oyununu 10 kanal yayımlayacaq

Bu gün Çempionlar Liqasında "play-off" mərhələsinə start veriləcək. Asiya.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" Danimarkanın "Kopenhagen" klubu ilk matçını evdə keçirəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçı televiziya vasitəsi ilə də canlı izləmək mümkün olacaq. Qarşılaşmanı Azərbaycanın "İdman Azərbaycan", Türkiyənin "Tivibu Spor 2", Ruiyanın "Futbol 3" telekanalları canlı yayımlayacaq.

Avropada yaşayanlar həmçinin görüşü Danimarkanın HD TV3, Serbiyanın "Arena Sport 1", Bosniya və Hersoqovinanın "Arena Sport BiH BT Sport 2", Almaniyanın "HD Sky Sport 1", Portuqaliyanın "HD Sport TV1", Norveçin "Viasat 4 Norge" və İsveçin "HD Viasat Sport Premium" kanalları vasitəsi ilə izləyə bilər.


***

Çempionlar Liqasının “play-off” mərhələsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) matçına artıq 28 minə qədər bilet satılıb.

Bunu Trend-ə “Qarabağ” futbol klubunun mətbuat katibi Nurlan İbrahimov deyib.

N.İbrahimov bildirib ki, bilet satışı bu gün və sabah da davam edəcək.

Onun sözlərinə görə, ümumilikdə 30 min bilet satışa çıxarılıb: “Əslində, biletlər dünənə qədər satılıb qurtarmalıydı, ancaq biletlərin “qara bazar”a çıxarılmasının qarşısını almaq məqsədilə tam satılmadı, bu gün və sabah üçün də saxlanıldı. Biletləri yalnız kassalardan almaq mümkündür və bir nəfər ən çoxu 3 bilet ala bilər”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

***

Bu gün Çempionlar Liqasında "play-off" mərhələsinə start veriləcək.

Asiya.az xəbər verir ki, bu mərhələyə vəsiqə qazanmış ilk Azərbaycan klubu olan "Qarabağ" mübarizəyə evdə start verəcək.

Təmsilçimizin rəqibi Danimarkanın adlı-sanlı "Kopenhagen" klubu olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20.00-da başlayacaq. Görüşü italiyalı FIFA referisi Paolo Taqliavento idarə edəcək.

"Qarabağ" daha bir tarix yazıb Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olmaq istəyir. Qurban Qurbanovun yetirmələri bunun üçün evdəki matçda sərfəli nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, "Kopenhagen" 12 dəfə Danimarka Super Liqasının qızıl, 6 dəfə gümüş medallarını qazanıb, 8 dəfə ölkə kubokuna, 3 dəf Super Kubokuna sahib çıxıb.

Onu da qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 23-də Kopenhagendə keçiriləcək.

Çempionlar Liqası

"Play-off" mərhələsi

İlk oyun

15 avqust

20.00 Qarabağ (Azərbaycan) - Kopenhagen (Danimarka)

Hakimlər:
Paolo Taqliavento, Alessandro Qiallatini, Alessandro Kostanza, Filippo Meli (İtaliya).

Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato (İtaliya).

Hakim-inspektor: Frits Stuçlik (Avstriya).

UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Oxşar xəbərlər