Prezident Artur Rasi-zadəni vəzifəyə təyin etdi (SƏRƏNCAM)

Prezident Artur Rasi-zadəni vəzifəyə təyin etdi (SƏRƏNCAM) Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Asiya.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 602; 2009, № 2, maddə 74, № 6, maddə 424; 2012, № 2, maddə 137; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1518) 1-ci hissəsi ilə təsdiq edilmiş birgə hökumətlərarası komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

Komissiyanın sədri

Artur Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

Komissiya sədrinin müavini

Şahin Mustafayev


Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Komissiyanın üzvləri:

Samir Şərifov


Azərbaycan Respublikasının maliyyə naziri

Ramin Quluzadə

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Əbülfəs Qarayev

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov

Azərbaycan Respublikasının təhsil naziri

Xələf Xələfov

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini

Aydın Əliyev

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Nazim İbrahimov

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Ramiz Həsənov

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri

Qüdrət Qurbanov

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

Elçin Quliyev

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Rövnəq Abdullayev

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Cavid Qurbanov

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Dursun Həsənov

Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə müvafiq bildiriş göndərsin.

Oxşar xəbərlər