Asiya.az xəbər verir ki, ANAMA-nın mətbuat xidmətindən daxil olan xəbərə görə, 30 Avqust 2017-ci il tarixində hərbi hissənin ətrafına, 4 evin həyatyanı sahəsinə, 1 evin zirzəmisinə, ferma ərazisinə, hərbi şəhərciyin məktəbinin meydançasına, otlaq və əkin sahəsinə baxış keçirilib, 131 ədəd partlamamış hərbi sursat, 29 kq yandırma və 29 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb, nəticə etibarilə 860 500 kv.m (ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 4 gün ərzində 11 ev, 16 evin həyatyanı sahəsinə, 3 ferma ərazisinə, 2 əkin sahəsinə, 2 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, 1 yol kənarına baxış keçirilib, 4 861 115 kv. m (486.11 ha) ərazi yoxlanılıb, 250 ədəd partlamamış hərbi sursat, 349 kq yandırma və 293 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 1 271 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.