Azərbaycan Myanmardan olan müsəlman qaçqınlara 100 ton humanitar yardım göndərir - Fotolar

  • Dünya / Siyasət / Manşet

  • Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan hökuməti tərəfindən humanitar yardım göndərilir.

    Asiya.az xəbər verir ki, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə yol salınır.

    Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, Banqladeşdə sığınacaq tapmış Rohingya müsəlmanlarına ümumilikdə 100 ton humanitar yardım göndərilib: "Yardıma 20 ton şəkər tozu, 10 min litr qarğıdalı yağı, 10 min litr günəbaxan yağı, 10 ton qatılaşdırılmış süd, 10 ton mal əti konservi, 10 ton makaron, 10 ton vermişel və 20 ton un daxildir".

    Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə ərazidən qaçmağa çalışır. Bölgədə humanitar fəlakət yaşanır.

    Azərbaycan Myanmardan olan müsəlman qaçqınlara 100 ton humanitar yardım göndərir - Fotolar
    Azərbaycan Myanmardan olan müsəlman qaçqınlara 100 ton humanitar yardım göndərir - Fotolar
    Azərbaycan Myanmardan olan müsəlman qaçqınlara 100 ton humanitar yardım göndərir - Fotolar
    Azərbaycan Myanmardan olan müsəlman qaçqınlara 100 ton humanitar yardım göndərir - Fotolar
    Azərbaycan Myanmardan olan müsəlman qaçqınlara 100 ton humanitar yardım göndərir - Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər