Bu barədə "Report"a Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanov məlumat verib.
O qeyd edib ki, mərhumla vida mərasimi sabah saat 12:00-da oğlunun evində baş tutacaq: "Aşıq Ədalət vida mərasimindən sonra Bakıdakı qəbiristanlıqlardan birində dəfn olunacaq. Hələlik dəfnin yeri ilə bağlı məsləhətləşmələr aparılır".
Xatırladaq ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi və dünən günorta saatlarında dünyasını dəyişib.
Allah rəhmət eləsin!