Ziya Məmmədovun bacısı işdən çıxarıldı - Nazir əmr verdi

Ziya Məmmədovun bacısı işdən çıxarıldı - Nazir əmr verdi
  • Sosial

  • Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova işdən azad olunub.

    Asiya.az qafqazinfo-a istinadən xəbər verir ki, o başqa işə keçməsi ilə əlaqədar işdən çıxarılması üçün ərizəni Təhsil Nazirliyinə təqdim edib. Nazirlik ərizəyə baxaraq onun işdən çıxarılması barədə əmr imzalayıb.

    Bildirək ki, bu yaxınlarda Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma da aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər