Talıb Tale maşını vurdu - VİDEO

Talıb Tale maşını vurdu - VİDEO
  • Mədəniyyət

  • Ötən gün “Xanımlar vs cənablar” devizi ilə başlayan “Maşın” realiti şousunun final gecəsi keçirilib.

    Asiya.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yarışmada iki gün əvvəl Talıb Talenin qalib olması barədə yayılan xəbərlər öz təsdiqini tapıb. Belə ki, layihənin aparıcısı Murad Dadaşov rəsmi olaraq avtomobili Talıb Talenin qazandığını elan edib.

    Qalibi açıqlamadan əvvəl Xatun Əliyeva və Talıb Tale mübarizəsinin son dəqiqələrini əks etdirən sujet yayımlanıb. X. Əliyeva əlini avtomobildən çəkərək həmkarının avtomobilə daha çox ehtiyacı olduğunu deyib: “Düşünürəm ki, məndən çox sənin avtomobilə ehtiyacın var. Özümü sınadım, amma istəsəydim, oynayardım. Bu avtomobillə atanın yanına gedərsən. Avtomobil olandan sonra evlən! Mən getdim, xeyirli olsun”.

    Süjetdən sonra avtomobilin açarları T. Taleyə təqdim olunub.

    Yarışmadan sonra sosial şəbəkələrdə hər kəs ifaçını birincilik münasibətilə təbrik edib. Hətta müğənni Əlikram Bayramov Talıbın Bakıdakı evinə gedib, onun görüntülərini "Instagram"da paylaşıb. Videoda Talıb atası ilə danışdığı, sevincini onunla bölüşdüyü əks olunub.

    Ötən gecə “Maşın şou”da qalib olan Talıb Tale avtomobili studiyadan çıxararkən xoşagəlməz halla qarşılaşıb.

    Yenicag.az xəbər verir ki, o, dönmə əməliyyatını yerinə yetirərkən maşının sağ tərəfində dayanan kameralara dəyib.

    Həmin anın videosunu təqdim edirik:





    PAYLAŞ:

    Oxşar xəbərlər