Asiya.az xəbər verir ki, iclasın gündəliyinə 25 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi;
2. Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında sərmayelərin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi;
3. . Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə Komissiyası haqqında”qanun layihəsinə dəyişiklik;
4. “Banklar haqqında”qanuna dəyişiklik;
5. “Kredit büroları haqqında”qanuna dəyişiklik;
6. “Bank olmayan kredit təşkilatları haqqında”qanuna dəyişiklik;
7. Mülki Məcəlləyədəyişiklik;
8.” Valyuta tənzimi haqqında”qanuna dəyişiklik;
9. “Gəmiçilik sahəsində xidmətlərə görə” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi
10.“Yerin təki haqqında”qanuna dəyişiklik;
11.“Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda;
12.“Azərbaycan Respublikasında daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi;
13.. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”qanuna dəyişiklik;
14. Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik;
15. Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik;
16. Mükli Məcəlləyə dəyişiklik;
17. “Daşınmaz əmlakın dövlət reysteri haqqında”qanuna dəyişiklik;
18.”Su təchizatı və tullantı suları haqqında”qanuna dəyişiklik;
19. “Tibbi sığorta haqqında”qanuna dəyişiklik;
20. İnzibati Prosessual Məcəlləyə dəyişiklik;
21. “Fərdi məlumatlar haqqında”qanuna dəyişiklik;
22. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;
23. “İcra haqqında”qanuna dəyişiklik;
24. “Hidrometereorologiya fəaliyyəti haqqında” qanuna dəyişiklik;
25. Mülki Məcəlləyə dəyişiklik.