Bakıda ən ucuz və ən baha taksi hansıdır? - Qiymətlər

Bakıda ən ucuz və ən baha taksi hansıdır? - Qiymətlər Paytaxt Bakıda fəaliyyət göstərən taksi şirkətlərinin sayı ötən illərlə müqayisədə xeyli artıb. Taksi xidmətlərinin günü-gündən artması şirkətlər arasında rəqabəti də gücləndirib.

Asiya.az axar.az-a istinadən xəbər verir ki, ötən ildən fərqli olaraq, hazırda taksi şirkətlərinin qiymətində dəyişiklik müşahidə olunur. Buna görə də artıq "ən ucuz” və "ən baha” taksi şirkətlərinin sıralanmasında fərqlər var.

Beləliklə, paytaxtda fəaliyyət göstərən ən ucuz taksi şirkətini müəyyən etmək üçün araşdırma apardıq. Ünvan olaraq metronun "Elmlər Akademiyası” stansiyasından "Nəriman Nərimanov” stansiyasına qədər olan məsafəni seçdik.

12 taksi şirkətinin sözügedən məsafəyə görə təyin etdiyi qiymətlər aşağıdakı kimidir:

"Salam taksi” (*9933) – 3,0 manat

"Elit Taksi” (*6969) – 3,90 manat

"Ulduz taksi” (*5000) – 3,70 manat

"Feliks Taksi” (*5959) – 3,89 manat

"Uber X” - 3,48 manat

"Bonus taksi” (*8111) - 3,80 manat

"Ailə taksi” (*8555) – 3,80 manat

"Taksi24” (*2424) – 3,90 manat

OK taksi (*3003) – 3,90 manat

"City (Siti) Taksi” (*8844) – 4,33 manat

"Ekonom taksi” (*9111) – 4,60 manat

"Zərif taksi” (*7177) – 5.0 manat (Yalnız xanımlar üçün fəaliyyət göstərir).

Oxşar xəbərlər