Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ramil Usubovun əmri ilə iki generalın yeri dəyişdirilib.
Onlardan biri Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.
Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
İnformasiyanın doğruluğu DİN tərəfindən Oxu.Az-a təsdiqlənib.
Qeyd edək ki, bu barədə ilk məlumatı unikal.org saytı dərc edib.