Masallı Dövlət Regional Kollecində Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü qeyd edilib - FOTOLAR

Masallı Dövlət Regional Kollecində Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü qeyd edilib - FOTOLAR
  • Sosial / Masallı

  • Masallı Dövlət Regional Kollecində 20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirildi.

    Asiya.az xəbər verir ki, əvvəlcə Dövlət Himnimiz səsləndirildi, Ulu öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.

    Kollecin direktoru Vidadi Nəzərov təhsil müəssisəsinin müəllim və tələbə heyətini ölkəmizdə ilk dəfə qeyd olunan, müstəqil dövlətçilik tariximizin ən əlamətdar bayramı münasibətilə təbrik etdi. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsis edilən Dövlət Suverenliyi Günü, eləcə də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün əhəmiyyətindən bəhs edən “Tərəqqi” medallı pedaqoq bildirdi ki,  tarixi qələbələrimizin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə davam etdirilərək şanlı Zəfərə nail olundu: “2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımızın böyük hissəsini geri alsaq da, 19-20 sentyabr 2023-cü il tarixli əməliyyatlar zamanı Azərbaycan ərazilərini tamamən işğaldan azad etdik. Bu baxımdan 20 sentyabr suverenliyimizin bərpası günüdür…”

    Dövlət Suverenliyi Gününü Azərbaycanın son 200 illik tarixinin şərəfli səhifəsi kimi səciyyələndirən kollecin direktor müavini Dilarə Hüseynova, şöbə müdiri, tarix müəllimi Nazim Əliyev,kollecin müəllimi  Sevinc Bədəlbəyli qeyd etdilər ki, müstəqilliyimizin simvolu olan Dövlət Bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. 

    Müharibə iştirakçıları, kollecin tələbələri Əli Mirzəzadə və İsmayıl Nuriyev diqqətə çatdırdılar ki, birgünlük lokal xarakterli antiterror əməliyyatları zamanı erməni hərbi qüvvələrinin qalıqlarına endirilən sarsıdıcı zərbə nəticəsində separatçı rejimi süquta uğratdıq, ölkəmizin suverenliyini tam bərpa etdik. 
    Tədbir tələbələrin iştirakı ilə hazırlanan ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.










    PAYLAŞ:

    Oxşar xəbərlər