Asiya.az xəbər verir k, ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 32 vətəndaş qəbul edilib.
Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, ev tikintisi, evinin qəzalı vəziyyətdə olması, maddi yardım verilməsi, torpaq məsələləri, özünüməşğulluq layihəsində iştirakının təmin edilməsinə və digər məsələlərlə bağlı olub.
Qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilb.