Daşkəsəndə Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR

Daşkəsəndə Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
  • Sosial

  • Bu gün, dekabrın 12-də Daşkəsən rayon ictimaiyyətinin 3000 nəfərdən çox nümayəndəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə rayon mərkəzində ucaldılmış abidəsi önünə hüznlü musiqi sədaları altında gül-çiçək dəstələri düzüb, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.

    Gülqoyma mərasimindən sonra rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ehsan süfrəsi təşkil olunub.

    Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra ehsan süfrəsində Ulu Öndərin şərəfli ömür yolundan, vətənimiz qarşısında tarixi xidmətlərindən danışıb.

    O deyib: “Daşkəsənlilər yaxşı bilirlər ki, Ulu Öndər həmişə xalqına, Vətəninə bağlı olmuş, öz cəsarəti, müdrikliyi, vətənpərvərliyi ilə xalqımızın keşiyində durmuş, ən çətin anlarda həyatını xalqımızın milli amallarına qurban verməyə hazır olduğunu dəfələrlə sübut etmişdir. Biz daşkəsənlilərin bu gün bura toplaşması ömrünü xalqının xoşbəxtliyinə həsr etmiş böyük, dahi Ulu Öndərin əziz xatirəsinə göstərilən dərin məhəbbət və ehtiramın bir ifadəsidir”.

    Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müasir, müstəqil Azərbaycan Respublikasının quruculuğu yolundakı şərəfli mübarizəsi barədə fikirlər söyləyiblər.


    Daşkəsəndə Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
    Daşkəsəndə Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
    Daşkəsəndə Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
    Daşkəsəndə Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər