İqbal Məmmədova müraciət edən aztəminatlı ailənin problemi yerindəcə həll olundu - FOTOLAR

İqbal Məmmədova müraciət edən aztəminatlı ailənin problemi yerindəcə həll olundu - FOTOLAR
  • Sosial

  • Lerik rayon sakini, Xəzər rayonunun Binə qəsəbəsi, Atçılıq sahəsində kirayədə yaşayan, həyat yoldaşı və uşağı xəstə olan aztəminatlı ailə, Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən yeganə namizədi İqbal Məmmədova müraciət etdi, problemi yerindəcə həll olundu.

    Asiya.az xəbər verir ki, Lerik rayonundan işləmək üçün Bakı şəhərinin Binə qəsəbəsinə ailə üzvləri ilə köçüb kirayədə yaşayan 5 nəfərdən ibarət ailə, hakim partiyanın namizədi İqbal Məmmədova sosial şəbəkə vasitəsilə müraciət edib.

    İqbal Məmmədov həmin ailə ilə şəxsən əlaqə saxladıqdan sonra, dərhal köməkçisini Bakı şəhərinə, ehtiyacı olan ailəyə baş çəkmək üçün göndərib.

    Bu gün deputatlığa namizəd İqbal Məmmədovun köməkçisi Nəriman Nərimanlı həmin ailəyə baş çəkib. Ailənin yaşayış şəraiti ilə yaxından tanış olan Nəriman Nərimanlı, İqbal Məmmədovun ailəyə yaxından köməklik göstərəcəyini diqqətə çatdırıb.

    Görüş əsnasında N.Nərimanlı onu qeyd edib ki, "İqbal Məmmədovun problemi olan ailələrdən məlumatı olduğu halda lazım olan tədbirləri görür. Bu ailəyə də Qanun çərçivəsində lazım olan bütün köməkliklər göstəriləcək".

    Ehtiyacı olan ailə İqbal Məmmədova ilk dəfə müraciət etdiyini bildirərək, dərhal onunla əlaqə saxladığına və şəraiti ilə maraqlandığına görə ailə üzvləri adından minnətdarlığını bildirib.


    İqbal Məmmədova müraciət edən aztəminatlı ailənin problemi yerindəcə həll olundu - FOTOLAR
    İqbal Məmmədova müraciət edən aztəminatlı ailənin problemi yerindəcə həll olundu - FOTOLAR
    İqbal Məmmədova müraciət edən aztəminatlı ailənin problemi yerindəcə həll olundu - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər