Masallıda əhaliyə pulsuz tibbi maskalar paylanıldı - FOTOLAR

Masallıda əhaliyə pulsuz tibbi maskalar paylanıldı - FOTOLAR
  • Araşdırma / Cəmiyyət

  • Masallı Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədilə “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərovun, “Masallının səs” internet qəzetinin baş redaktoru Mərhəmət Lələyevin, “Regiontv.az” saytının müxbiri Afər Cahangirovun və ictimai fəal Əli Məmmədlinin birlikdə təşkil etdiyi aksiyada əhaliyə 500-dən artıq tibbi maska paylanılıb.

    Asiya.az xəbər verir ki, əhalini təmənnasız tibbi maskalarla təmin etmək məqsədi ilə ictimai fəal Əli Məmmədlinin anası Nazilə Məmmədova evində 300-dən artıq tibbi maska tikib.

    Əhalini marifləndirmək və tibbi maskaları onlara paylamaq məqsədi ilə Cəfər Cəfərov, Mərhəmət LələyevAfər Cahangirov şəxsi vəsaitləri hesabına daha 200 tibbi maska alaraq əhalinin sıx olduğu rayon ərazilərində, xüsusən də mağaza, iaşə obyektləri, Yanacaqdoldurma Məntəqələri kimi vacib yerlərdə həmin maskaları paylayıblar.

    Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaq, həmrəylik nümayiş etdirməkdir.

    “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov bildirib ki, belə aksiyalar davamlı olacaq. İş adamlarını, xeyriyyəçilik etmək istəyən hər kəsi bu aksiyaya qoşulmağa səsləyirik.
    Asiya.az
    Masallıda əhaliyə pulsuz tibbi maskalar paylanıldı - FOTOLAR
    Masallıda əhaliyə pulsuz tibbi maskalar paylanıldı - FOTOLAR
    Masallıda əhaliyə pulsuz tibbi maskalar paylanıldı - FOTOLAR
    Masallıda əhaliyə pulsuz tibbi maskalar paylanıldı - FOTOLAR
    Masallıda əhaliyə pulsuz tibbi maskalar paylanıldı - FOTOLAR
    Masallıda əhaliyə pulsuz tibbi maskalar paylanıldı - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər