İlham Əliyev nazir müavinini vəzifədən azad etdi

İlham Əliyev nazir müavinini vəzifədən azad etdi
  • Siyasət

  • Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

    Asiya.az
    xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib.

    General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər