Azərbaycanda kimlər general-polkovnikdir? - SİYAHI

Azərbaycanda kimlər general-polkovnikdir? - SİYAHI
  • Cəmiyyət

  • Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verilib.

    Asiya.az
    xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda bununla da sözügedən ali hərbi rütbəni daşıyan məmurların sayı 18-ə çatıb. Bundan əvvəl isə, 17 məmura general-polkovnik hərbi rütbəsi verilib.

    Qeyd edək ki, general-polkovnik hərbi rütbəsi güc strukturlarında ən yüksək ali rütbə hesab edilir.

    Sözügedən rütbəylə təltif edilən şəxslərin adlarını təqdim edirik:

    1. Zakir Həsənov - Müdafiə naziri

    2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi

    3. Ramil Usubov – Eks Daxili İşlər naziri, Prezident yanında Təhlukəsizlik Şurasının katibi

    4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri

    5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi

    6. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi

    7. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi

    8. Namiq Abbasov - Azərbaycanın sabiq milli təhlükəsizlik naziri

    9. Səfər Əbiyev – Sabiq müdafiə naziri

    10. Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri

    11. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)

    12. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri

    13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

    14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

    15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik)

    16. Mədət Quliyev- Müdafiə Sənayesi naziri

    17. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri

    18. Kərəm Mustafayev- Müdafiə nazirinin müavini
    PAYLAŞ:

    Oxşar xəbərlər