Belarusda insanlar yenə küçələrə axışdı

Belarusda insanlar yenə küçələrə axışdı
  • Dünya

  • Belarusda növbəti prezident seçkilərinin ilkin nəticələri elan olunandan fasiləsiz etiraz aksiyaları keçirilir.
    Etirazçılar Aleksandr Lukaşenko hakimiyyətinin yenə saxtakarlığa yol verdiyini bildirir.

    Asiya.az
    xəbər verir ki, Belarusda insanlar yenə küçələrə axışıb. Aksiyaların 15-ci günündə də böyük izdiham müşahidə edilir. Təkcə Minskdə yox, Mozırda, Qrodnoda, Jodinoda, Qomeldə, Bobruyskda, Brestdə, Vitebskdə insanlar küçələrə çıxıb.

    Belarusun Müdafiə naziri Viktor Xrenin aksiyaçılara xəbərdarlıq edib. O, asayişin pozulması halında ordu ilə üz-üzə qalacaqlarını söyləyib. Minsk polisinin rəhbəri paytaxt sakinlərinə videomüraciət ünvanlayıb. İvan Kubrakov onları təxribatlardan uzaq durmağa çağırıb.

    Minskdə 4 metro stansiyasına giriş bağlanıb. Etirazçılar “Lenin meydanı”, “Oktyabrskaya”, “Kupalovskaya”, “Qələbə meydanı” stansiyalarının xidmətindən istifadə edə bilmirlər.

    Aksiya iştirakçılarının sayı ilə bağlı müəyyən rəqəm söylənilmir. Amma ümumi sayın 100 min nəfəri ötdüyünə şübhə yoxdur.
    PAYLAŞ:

    Oxşar xəbərlər