“Qarabağda ermənilər təşkilatlanmağa cəhd edərsə...”- hərbi ekspert açıqladı

“Qarabağda ermənilər təşkilatlanmağa cəhd edərsə...”- hərbi ekspert açıqladı
  • Olay

  • "Qarabağda və Ermənistanda hər hansı bir erməni bundan sonra separatçı çağırışlar, təşkilatlanmağa cəhd edərsə, bunun məsuliyyəti Rusiyanın, rəsmi Moskvanın üzərində olacaq".


    Asiya.az
    xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. Onun fikrincə, ermənilər işğal olunan rayonları boşaldarkən müəyyən problemlər yaradacaqlar:

    “Qarabağda ermənilər təşkilatlanmağa cəhd edərsə...”- hərbi ekspert açıqladı


    "Amma bu məsələdə öhdəliyi öz üzərinə götürən tərəf var - Rusiya. Rusiya bu prosesdə məsuliyyət daşıyır. Çünki Rusiya Ermənistanın xahişi ilə Azərbaycandan hərbi əməliyyatların dayandırılmasını istəyib. Ermənistan deyib ki, mən silahı yerə qoyuram. Yəni, birmənalı olaraq vasitəçi və öhdəliyi öz üzərinə götürən Rusiyadır. Azərbaycan faktiki olaraq Rusiyanın öz üzərinə götürdüyü öhdəliyə görə bu sənədə imza atıb. Əks təqdirdə Azərbaycan ordusu Əskəran, Xocalı, Xankəndi, Ağdərə və Xocavəndi işğaldan azad edəcəkdi".


    Ramil Məmmədlinin fikrincə, Azərbaycan ordusu hər zaman döyüşə hazırdır:


    "Ermənilər nə vaxtsa buna bənzər istəkdə olsalar, Rusiyanın sülhməramlı qüvvələrinin burada mövcudluğu heç bir əhəmiyyət kəsb eləmir. Yəni, Azərbaycan ordusu, hüquq-mühafizə orqanları bu məsələni Azərbaycanın qanunları ilə həll edəcək".
    PAYLAŞ:

    Oxşar xəbərlər