“Azercell” 10 min manat cərimələndi

“Azercell” 10 min manat cərimələndi
  • İqtisadiyyat

  • “Azercell Telecom” MMC inzibati qaydada 10 min manat cərimə edilib.

    Asiya.az
    xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, şirkət ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilib.

    Şirkət məhkəmənin qərarından apellyasiya şikayəti verib.

    Xatırladaq ki, “Azercell Telecom” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 42,08 milyon manatdır. Şirkətin səhmlərinin 51,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC-yə, 42,2%-i Türkiyənin “Cenay İletisim” şirkətinə, 6,5%-i isə Maltanın “FA Invest” şirkətinə məxsusdur.
    PAYLAŞ:

    Oxşar xəbərlər