Magistraturaya qəbul imtahanının vaxtı AÇIQLANDI

Magistraturaya qəbul imtahanının vaxtı AÇIQLANDI
  • Sosial / Manşet

  • "Magistratura səviyyəsinə qəbul imtahanı üçün birinci şans fevralın 28-də veriləcək”.

    Asiya.az
    -ın müxbirinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

    Onun sözlərinə görə, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanı (1-ci mərhələ), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi aprel ayı ərzində keçiriləcək:

    "Ali təhsil müəssisələrinə qəbul imtahanı (1-ci şans), tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (1-ci şans) may ayı ərzində keçiriləcək”.

    Sədr əlavə edib ki, ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyul ayı ərzində olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər