Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşdü - FOTO

Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşdü - FOTO
  • Hərb

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyevlə Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər veir ki, Millət vəkili şəhidin atasını düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

    "Əziz şəhid atası,
    Siz, Vətən uğrunda qəhrəmanlıqla döyüşərək öz canını fəda etmiş zabitimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
    Oğlunuz Anar Əliyev Vətən Müharibəsində iştirak edərkən şəhidlik mərtəbəsinə yüksəlib. Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə respublikamızın ən yüksək fəxri adına - "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, eləcə də, bir sıra medallarla təltif olunub.
    Anar Əliyev kimi zabitlərimizlə hər zaman qürur duyacağıq!

    Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
    Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm"!
    Komitə sədri şəhid qəhrəmanın atasına Komitə adından Məktub və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.
    Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər