İraqın şimalında gedən əməliyyatda Türkiyə hərbçiləri şəhid oldu - FOTO

İraqın şimalında gedən əməliyyatda Türkiyə hərbçiləri şəhid oldu - FOTO
  • Dünya

  • Türkiyə Ordusunun 2 hərbçisi hərbi əməliyyat zamanı şəhid olub.

    Asiya.az
    xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Məlumata görə, 4 hərbçi də yaralanıb.

    Nazirliyin açıqlamasında qeyd olunur ki, İraqın şimalındakı Qara bölgəsində aparılan “Pəncə Qartal-2” əməliyyatı çərçivəsində terrorçularla baş vermiş silahlı qarşıdurmada Türkiyə Ordusunun hərbi qulluqçuları kapitan Burak Coşkun və baş çavuş Harun Turhan həlak olub. Atışmada 4 əsgər də yaralanıb, yaralılar xəstəxanaya yerləşdirilib.

    İraqın şimalında gedən əməliyyatda Türkiyə hərbçiləri şəhid oldu - FOTO
    Açıqlamada bölgədə aparılan əməliyyat zamanı müəyyən edilmiş hədəflərin hava hücumu ilə vurulduğu və terrorçuların mövqelərinə ciddi zərbələr endirildiyi də bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər