Qənirə Paşayeva şəhid Baş leytenant İlqar Vəliyevin həyat yoldaşı ilə görüşüb - FOTO

Qənirə Paşayeva şəhid Baş leytenant İlqar Vəliyevin həyat yoldaşı ilə görüşüb - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, polkovnik-leytenant İlqar Vəliyevin həyat yoldaşı Təhminə xanım Vəliyeva ilə Milli Məclisdə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili şəhidin ədəbi-bədii əsərlərə, kitablara düşəcək döyüş yolu ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

    "Əziz bacım,
    Sizin həyat yoldaşınızın və onun silahdaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
    İlqar Vəliyev Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Bu medallar, ona, müvafiq olaraq - ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərkən, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə verilib.
    Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

    Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailəsi üzvlərisiz. Sizi təbrik edirəm, əziz bacım! Vətənpərvər zabitimizin ömrü övladlarında yaşasın"!

    Şəhid zabitin ailəsinə Komitə adından Məktub və xatirə hədiyyələri təqdim edilib.
    Qənirə Paşayeva şəhid Baş leytenant İlqar Vəliyevin həyat yoldaşı ilə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər