Arzu Bağırova “Gənclərin Dostu” seçildi – FOTO

Arzu Bağırova “Gənclərin Dostu” seçildi – FOTO
  • Cəmiyyət

  • Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova “Gənclərin Dostu” Milli Mükafatı ilə təltif edilib.

    Asiya.az
    xəbər verir ki, bu barədə məlumatı Arzu Bağırova öz feyzduk hesabında paylaşıb.

    “Gənclər Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin Dostu" milli mükafatının təqdimat mərasimində bu mükafata layiq görüldüm. Buna görə də Gənc Sahibkarlar Klubunun sədri Anar Sarıyev başda olmaqla tədbirdə zəhməti keçən hər kəsə təşəkkür edirəm. Gənclər bizim gələciyimizdir. Azərbaycanımızın şanlı və qüdrətli gələcəyi məhz onlarla gələcək!”

    Qeyd edək ki, Azərbaycanın qazandığı Böyük Zəfərə həsr olunan tədbirdə deputatlar, ictimaiyyət nümayəndələri, hüquqşünaslar, həkimlər, gənc iş adamları və fəallar karantin qaydalarına əməl etməklə iştirak ediblər.
    Arzu Bağırova “Gənclərin Dostu” seçildi – FOTO
    Arzu Bağırova “Gənclərin Dostu” seçildi – FOTO
    Arzu Bağırova “Gənclərin Dostu” seçildi – FOTO
    Arzu Bağırova “Gənclərin Dostu” seçildi – FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər