“Azərsu” ASC-nin idarə rəisi cərimələndi

“Azərsu” ASC-nin idarə rəisi cərimələndi
  • Manşet / Olay

  • “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov işçini qanunsuz işdən çıxardığına görə cərimələnib.

    Asiya.az
    -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ona nzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə cərimə yazıb.

    Bu əmələ görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir.

    Cərimə protokolu ilə razılaşmayan Xürrəm Hüseynov məhkəməyə müraciət edib. Şikayətə Binəqədi Rayon Məhkəməsində baxılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər