Ölkənin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdı

Ölkənin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdı
  • İqtisadiyyat

  • Artıq bu gün xalqımızda möhtəşəm Qələbədən gələn ruh yüksəkliyi, orduya inam Ali Baş Komandanın rəhbərliyi ilə böyük Qələbə sevincini Azərbaycan xalqına yaşatmağı bacardı.
    Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Amma mübarizə təkcə döyüş meydanında getmir. Bu gün İnformasiya məkanı, diplomatik arena da döyüş meydanı sayılır və Azərbaycan Prezidenti həm informasiya saahəsində, həm də diplomatik müstəvidə Azərbaycan xalqının maraqlarını yorulmadan müdafiə edir, müasir dövrün əsl siyasi lider obrazının yeni cizgilərini yaradır.
    Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. 44 gün davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu.
    Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə, nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır.
    Prezident İlham Əliyev bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını daha da yüksəklərə qaldırdı.
    Azərbaycan Prezidenti son illər ərzində ardıcıl fəaliyyəti ilə dünya ictimaiyyətini Qarabağın, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmağa müvəffəq oldu. Beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərini dünyaya çatdıran dövlətimizin başçısı dərin təfəkkürü, siyasi savadı, məntiqi ilə hadisələrin necə baş verdiyini və hansı tərəfin haqlı olduğunu göstərdi.
    Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar.

    Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Vətən müharibəsində qazanılmış Böyük Qələbənin əbədiləşdirilməsi məqsədi ilə Zəfər Günü təsis olunub. 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq və şücaət göstərən, torpaqlarımızı canı, qanı bahasına işğaldan azad edən şəhidlərimiz heç vaxt unudulmayacaq. Prezident İlham Əliyevin şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Bakı şəhərində "Vətən müharibəsi" memorial kompleksinin və "Zəfər" muzeyinin yaradılması haqqında Sərəncamı, həmçinin, yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə "YAŞAT" Fondunun yaradılması barədə Fərmanı şəhidlərə, qazilərə və onların ailələrinə xüsusi diqqətin göstəricisidir.
    Bu Şanlı Qələbənin əldə olunmasında xalqın ölkə rəhbərliyinin ətrafında monolit birliyi,ölkənin iqtisadi qüdrəti, ordumuzun dünyanın ən müasir silahları ilə təminatı və əlbətdə ki, möhtərəm Prezidentimizin “Dəmir yumruğu” həlledici rol oynamışdır.

    Səbinə İbrahimova,
    Masallı Dövlət Regional Kollecinin II kurs tələbəsi.
    PAYLAŞ:

    Oxşar xəbərlər