Masallıda qaydalara əməl etməyən sürücü və piyadalar cərimələndi - VİDEO

Masallıda qaydalara əməl etməyən sürücü və piyadalar cərimələndi - VİDEO
  • Sosial / Araşdırma

  • Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

    AsiyaTV
    xəbər verir ki, növbəti belə reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitələrinin və piyadaların sıx hərəkət etdiyi küçə və prospektlərdə dayanma-durma qaydalarını pozaraq avtomobilini avtobus dayanacaqlarında, səkilərdə və digər müəyyən olunmamış yerlərdə park edən sürücülər müəyyən olunub.

    Yol polisi əməkdaşları tərəfindən eyni zamanda sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər qayda pozuntularına yol verən sürücülər də aşkarlanıb.

    Qaydaları pozan sürücülər barəsində tərəfimizdən qanunamüvafiq tədbirlər görülüb.

    Bununla yanaşı xəbərdarlıqlara rəğmən piyada keçidlərindən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piyadalar da müəyyən edilərək barələrində inzibati protokol tərtib olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər