“BAKU ELECTRONİCS”dən daha bir şikayət – FOTO

“BAKU ELECTRONİCS”dən daha bir şikayət – FOTO
  • Sosial

  • Son günlər “BakuElectronics”-dən şikayətlər artmaqdadır.

    Asiya.az
    -ın xəbərinə görə, bu dəfə Bəkir Osmanov üzləşdiyi problemlə bağlı yazıb.
    Onun sözlərinə görə, nağd ödənişlə qabyuyan maşın alıb: “İş adamı olduğum üçün çatdırılma 5-ci gün və quraşdırılma 6-cı gün istəmişdim. Dünən saat 12 deyib, biz ikinci dəfə maraqlanandan sonra fırlada-fırlada saat 4-ə gətirib çıxartdılar evə. Mən də nahara icazə alıb sonra tam günə ikinci icazə almalı oldum. İndi də “ay Əhmədli uzaqdı, ay 6-cı gündü, ustalarımız yazıqdı dincəlsin, 1-ci gün gələrlər” fikrinə düşüb fırladırlar.
    Sonra da bildirirlər ki bəs məhsul gələndən guya 2 gün sonra quraşdırılır deyə alqı-satqıda bənd var. Müqavilədəsə ayın 5-i almışam və yetərincə gün keçib heç elə bənd də yoxdur”.

    Şikayətçi qeyd edib ki, bunların rahatlığı üçün indi 1-ci gündə icazə almalıdır və maaşından yenə pul tutulmalıdır: “Heç gələcəklərinə də inanmıram. Hələ operatorlar maqazin satış edir nə istəyir deyir, deməli aldadıb satış edə bilərlər fikrinə düşüblər. Əsas bizik nə vaxta istəsək o vaxta təyin edirik. Belə tərbiyəsiz işçiləri və yola verən servisi olan şirkətdən aldığım məhsul ilk gündən başıma oyun açılmağındansa yaxşısı çekin vaxtı bitməmiş məhsulu geri qaytarım.//Tia.az
    “BAKU ELECTRONİCS”dən daha bir şikayət – FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər