Masallıda idarə rəisi tutduğu vəzifədən azad edildi - VİDEO/FOTO

Masallıda idarə rəisi tutduğu vəzifədən azad edildi - VİDEO/FOTO
  • Siyasət / Araşdırma

  • Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

    Asiya TV
    -yə danışan Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova faktı təsdiqləyib.

    Qeyd edək ki, Manafov Camal Zülfüqar oğlu, 28 aprel 1979-cu ildə Masallı şəhərində anadan olub. 1985-ci ildə Masallı şəhər 3 saylı tam orta məktəbinin birinci sinfinə ge və 1996-cı ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir. 1996-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis iqtisadiyyatı fakültəsinin Menecment ixtisasına daxil olub. 2000-ci ildə ali məktəbi bitirərək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməkdən ötrü həqiqi hərbi xidmətə yollanmış və 2001-ci ildə həqiqi hərbi xidmətini başa vuraraq yaşayış üzrə ünvanı olan Masallı şəhərinə qeydiyyata düşmüşdür. 2002-ci ildən Masallı rayon Hərbi Komissarlığında çalışmış, 2006-cı ilin avqust ayında Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Dövlət qulluğunun kiçik müşaviridir.
    Camal Manafov əmək fəaliyyəti ilə bərabər təhsilini də uğurla davam etdirmişdir. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasını, 2014-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Bədən tərbiyəsi və idman ixtisasını, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya ixtisasını bitirmişdir. Hazırda Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və otelçilik fakültəsində təhsilini davam etdirir.
    Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli 1344 nömrəli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
    Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
    Masallıda idarə rəisi tutduğu vəzifədən azad edildi - VİDEO/FOTO
    Masallıda idarə rəisi tutduğu vəzifədən azad edildi - VİDEO/FOTO
    Masallıda idarə rəisi tutduğu vəzifədən azad edildi - VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər