Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu
  • İdman

  • Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.

    Asiya.az
    -ın məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisi Stanislav Novakla üz-üzə gəlib.

    Rəqibinə 7:0 hesabı ilə qalib gələn Bayramov Avropa çempionu olub.

    Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi finala yüksəlib.
    PAYLAŞ:

    Oxşar xəbərlər