Masallının bu kəndlərində qaz olmayacaq

Masallının bu kəndlərində qaz olmayacaq
  • Sosial / Masallı

  • Masallı rayonu ərazisində sabah bir neçə kəndin qaz təchizatının verilməsində fasilələr yaranacaq.

    Asiya.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Mahmudavar kəndində qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar rayon ərazisində yerləşən “Tüklə” qaz paylayıcı stansiyadan qidalanan Mahmudavar, Mololon kəndlərində 14:00-dan 1300-ə yaxın abonentin qaz təchizatında məhdudiyyətlər olacaq.

    Bundan əlavə, Qəriblər kəndində 2024-2025-ci il Payız-qış tədbirlər planına uyğun olaraq qaz xətlərinin dayaq üzərinə qaldırılması üçün “Masallı” ölçü qovşağından qidalanan Qəriblər, İsilər, Məmmədrzaküçə, Əzizabad kəndlərinin ümumilikdə 600-ə yaxın abonentinə saat 10:00-dan qazın verilməsi dayandırılacaq.

    Qaz təchizatının dayandırılması işlər yekunlaşanadək davam edəcək.

    İdarə bildirir ki, abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqları və təhlükəsizlik tədbirlərinə riayət etməkləri xahiş edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər