Qənirə Paşayeva şair Elxan Zalı yubileyi münasibəti ilə təbrik edib - FOTO

Qənirə Paşayeva şair Elxan Zalı yubileyi münasibəti ilə təbrik edib - FOTO
  • Cəmiyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mahmud Kaşqari Fondunun başqanı, şair-publisist, tərcüməçi Elxan Zalla Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər verir ki, millət vəkili şairi 60 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

    “Hörmətli Elxan müəllim,
    Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
    Siz istər ədəbi, istərsə ictimai, təşkilati fəaliyyətinizlə həmişə seçilmisiz. Sizin adınız yalnız ölkəmizdə deyil, türk ölkə və topluluqlarında, özəlliklə Qazaxıstanda yaxşı tanınır. Sizin Fondun Qazaxıstanın I Prezidentinin adını daşıyan Fondla imzaladığı Anlaşma sənədi də daxil olmaqla, özünəməxsus ədəbi əlaqələr qurmuş, qardaş xalqlar arasında mədəni bağların güclənməsinə töhfə vermisiz. Bu planda, Türk dünyasında ədəbi əlaqələrin inkişafına xidmət edən yazarların, ictimai xadimlərin “Mahmud Kaşqari” medalı ilə təltif olunması da, qurucusu olduğunuz “Ulu Çinar” dərgisinin fəaliyyəti də özünəməxsus rola malikdir.
    “Türk əsrinin türküləri” və başqa kitablarınız məşhurdur. Şeirləriniz bir çox xarici dilə çevrilib.
    Siz Qazaxıstanın beynəlxalq “Alaş” ədəbi mükafatı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatının laureatısız.
    Bugünlərdə işıq üzü görmüş, Şuşanın və digər torpaqlarımızın azad olunmasına həsr olunmuş, habelə müharibə günlərində yazmış olduğunuz yazılardan ibarət “Ordu Günü” məqalələr, şeirlər, poemalar kitabınız sizin yeni yaradıcılıq uğurunuzdur. “Ordu günü” və yubileyinizlə bağlı görkəmli ədiblərin, alimlərin yazdığı rəylər sizin yaradıcılığınız haqqlnda geniş oxucu kütləsində aydın təsəvvürlər yaradır.
    Sizi yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
    Qənirə Paşayeva şair Elxan Zalı yubileyi münasibəti ilə təbrik edib - FOTO

    Q.Paşayeva yubilyara Komitə adından təbrik məktubu və xatirə hədiyyəsi təqdim edib.

    E.Zal səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər