Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir
  • Dünya

  • Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir.

    Asiya.az
    TASS-a istinadən bildirir ki, seçkidə 6,7 milyon seçici səs verməlidir.

    Buna görə də ölkədə 13 minə yaxın seçki məntəqəsi açılır.

    Seçki saat 7-də başlayıb.

    Qeyd edək ki, ölkədə 4 apreldə baş tutan parlament seçkilərinin nəticələrinə əsasən 3 siyasi partiya parlamentdə daha çox yer tutub. Həmin partiyalar hökumət formalaşdıra bilmədikləri üçün ölkə rəhbəri Rumen Radev 11 iyulda parlamentə növbədənkənar parlament seçkilərin keçirilməsi barədə qərar qəbul edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər